"Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb".
Bizim.Media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı özünün sosial şəbəkə hesabında yazıb.
“Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür.
Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır.
Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək:
- daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu “Qarabağ klanı”nın inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir;
- separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə Azərbaycanla münasibətlərin normallaşması çətin görünür;
Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:35 / 24.12.2023
Qarabağ separatizmi yenidən “dirçəlir” - Paşinyan hansı addımı atacaq?
Hazırda oxunan: Qarabağ separatizmi yenidən “dirçəlir” - Paşinyan hansı addımı atacaq?
Hazırda oxunan: Qarabağ separatizmi yenidən “dirçəlir” - Paşinyan hansı addımı atacaq?
170501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.