Azərbaycanın mina xəritələri tələbinə Ermənistan XİN-dən yeni BƏHANƏ

Azərbaycanın mina xəritələri tələbinə Ermənistan XİN-dən yeni BƏHANƏ

Hazırda oxunan: Azərbaycanın mina xəritələri tələbinə Ermənistan XİN-dən yeni BƏHANƏ

17038

Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini verməklə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media “Sputnik Armenia” ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ermənistan XİN Azərbaycanın bu tələbini “saxta gündəm” adlandıraraq üçtərəfli bəyanatın şərtlərini pozmaqla ittiham edib:

 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir"- Ceyhun Bayramov


“Azərbaycan erməni hərbi əsirləri hələ də Ermənistana qaytarmayıb. Bu məsələdə, Azərbaycan tərəfi minalanmış ərazilərin xəritələri ilə saxta gündəm irəli sürərək hərəkətlərinə bəraət qazandırmaq üçün əsaslar yaratmağa çalışır, - deyə Ermənistan XİN-dən bildirilib.

Qeyd edək ki, Ermənistanın tələb etdiyi “hərbi əsirlər” üçtərəfli razılaşmadan sonra 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO