Ermənistanın tənzimləyici orqanı olan Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun yayım lisenziyasını dayandırıb.
Bizim.Media xəbər verir ki, ölkənin Televiziya və Radio Komissiyası radionu 500 min dram (təxminən 2000 manat) cərimələyib.
Bildirilir ki, tənzimləyicinin bu qərarı “Tiqran Keosayanla cümə” proqramı ilə bağlıdır və bu proqramda müəllifin “mənəvi hüququ olmadan ölkənin və xalqın şərəf və ləyaqətinə xələl gətirən ironik və alçaldıcı ifadələr işlətdiyi iddia olunur.
İkinci cərimə qərarı isə Ermənistanın sabiq deputatı Arman Abovyanın müəllif proqramı olan “Abovyanın vaxtı”na tətbiq edilib. Burada komissiya verilişdə "çaxnaşma yayan və təsdiqlənməmiş və etibarsız mənbələrə əsaslanan" məlumatların yayıldığını idda edib.
Bizim.Media
- A-
- A
- A+
Region
19:27 / 20.12.2023
“Sputnik Ermənistan” radiosunun yayımı DAYANDIRILIB - SƏBƏBLƏR
Hazırda oxunan: “Sputnik Ermənistan” radiosunun yayımı DAYANDIRILIB - SƏBƏBLƏR
Hazırda oxunan: “Sputnik Ermənistan” radiosunun yayımı DAYANDIRILIB - SƏBƏBLƏR
169976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.