Ermənistanda işsizlik ən yüksək pilləyə qalxıb - HESABAT

Ermənistanda işsizlik ən yüksək pilləyə qalxıb - HESABAT

Hazırda oxunan: Ermənistanda işsizlik ən yüksək pilləyə qalxıb - HESABAT

16990

2021-ci il fevral ayının sonunda Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrdə məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş işsizlərin sayı 2 milyon 561.3 min nəfər olub.

Bizim.Media bu haqda xəbəri Avrasiya İqtisadi Komissiyasının materiallarına əsasən yayıb.

Komissiyaya görə, bu, işçi qüvvəsinin 2.8 faizidir. 2020-ci ilin eyni tarixi ilə müqayisədə, AİB üzrə məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş işsizlərin sayı 2.5 dəfə artıb. 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına uyğun olaraq mövcud olan son məlumatlara görə, AİB-də işsizlik nisbəti işçi qüvvəsinin 6.2%-ni (2020-ci ilin III rübü) təşkil edir.

Ermənistanda bu faiz 18.1-dir (2020-ci ilin III rübü).

Digər ölkələrdə isə faizlər belədir:

Belarus 4.1% (2020-ci ilin IV rübü), Qazaxıstan 4.9% (2020-ci ilin IV rübü), Qırğızıstan 5.5% (2019), Rusiya 6.1% (2020-ci ilin IV rübü).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO