Köçəryan: Sərhədlər açılsa, Türkiyə Acarıstandakı kimi eyni şeyi Ermənistanda da edəcək - VİDEO

Köçəryan: Sərhədlər açılsa, Türkiyə Acarıstandakı kimi eyni şeyi Ermənistanda da edəcək - VİDEO

Hazırda oxunan: Köçəryan: Sərhədlər açılsa, Türkiyə Acarıstandakı kimi eyni şeyi Ermənistanda da edəcək - VİDEO

16943

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hesab edir ki, respublika üçün ən böyük təhlükə Türkiyə ilə bağlıdır. 

Bizim.Media xəbər verir ki, bu haqda fikirlərini o, “Pozner” proqramına verdiyi müsahibəsində deyib.

“Təhlükə mövcuddur, tarixidir. Türkiyə erməniləri, biz də türkləri təhdid kimi qəbul edirik. Bu, sərhədlərin bağlanması, diplomatik münasibətlərin olmaması ilə izah edilir” deyə keçmiş prezident xatırladıb. 

Əlavə edib ki, sərhədlər açılsa, Türkiyə Acarıstandakı kimi eyni şeyi Ermənistanda da etməyə çalışacaq.

O, bununla bağlı müəyyən bir təhlükənin olduğuna işarə vurub: “Ermənistanın Rusiyaya yönəlməsi təkcə Türkiyəni deyil, həm də amerikalıları bezdirir”.

Onun sözlərinə görə, Ermənistanda vəziyyəti daha da gərginləşdirməyə çalışan qüvvələr çox fəaldır, müharibənin uduzulmasında Rusiyanı günahlandırmağa çalışırlar.

Sorosun təşkilatları, qlobalist dəyərləri təbliğ edən müxtəlif QHT-lər hesab edirlər ki, keçmişdəki stereotipləri unutmalıyıq.

Ermənistan kiçik və zəngin olmayan bir ölkədir, ancaq coğrafi mövqeyi diqqəti çəkir”, deyə keçmiş prezident qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO