Rusiya MN Xankəndidə sülhməramlıların qəzaya uğraması barədə məlumat yayıb

Rusiya MN Xankəndidə sülhməramlıların qəzaya uğraması barədə məlumat yayıb

Hazırda oxunan: Rusiya MN Xankəndidə sülhməramlıların qəzaya uğraması barədə məlumat yayıb

168712

Xəbər verdiyimiz kimi ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlılara məxsus döyüş maşını Xankəndidə qəzaya uğrayıb, ölən var


“2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82 zirehli avtomobilinin Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində dağ yolundan çıxaraq aşması nəticəsində Rusiya Silahlı Qüvvələrinin 1 hərbçisi həlak olub.

Sülhməramlılardan ikisi orta və ağır olmaqla, müxtəlif bədən xəsarətləri alıblar. Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib.

Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentindən hərbi hospitala aparılıblar”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO