Erməni jurnalist Qayane Zarqaryan növbəti dəfə Ermənistan ordusundakı acınacaqlı vəziyyətdən söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Youtube kanalında danışıb.
“Orduda müəyyən etdiyim mənfi təzahürlərə toxunmazdan əvvəl Suren Papikyan və onun iki müavininə, “Çıraq” ləqəbi ilə tanınan Arman Sarkisyana müraciət etmək istərdim. Cənablar, hara baxırsınız. Aylardır nə işlə məşğulsunuz, gördüyünüz iş nə adlanır, nəyə görə maaş, mükafat dəbdəbəli evlər alırsınız?
Axı sənin cavabdeh olduğun sahədə tam qarışıqlıq, cəzasızlıq, yolverilməzlik hökm sürür. Siz orduda islahatların getdiyi barədə yüksək səslə bəyanatlar verirsiniz. Amma sizin zabitlər orduda cinayətkar davranışın və cinayət ünsürlərinin kökünü kəsə bilməyiblər. Siz orduda asayişi bərpa edə bilməyibsiniz.
Baxmayaraq ki, oğlanlarımızın, əsgərlərimizin təhlükəsizliyinə cavabdeh olan sizsiniz. Faciəvi hadisələrin baş verdiyi həmin hərbi hissələrdə eyni vəziyyətin təkrarlanmasını necə izah edirsiniz? Oğru anlayışları, hərbi hissələrdə xaos, biabırçı hallar haqqında yenə eşidirik.
Suren Papikyan, bu ilin avqustunda Araratda (Dəvəli - red.) yerləşən N saylı hərbi hissədə iki intihar hadisəsinin səbəbi nədir? Hazırda orada xaos davam edir, bir neçə gün əvvəl əsgərlər arasında dava olub. Siz isə deyirsiniz ki, islahatlar yolu ilə gedirsiniz.
Suren Papikyan, bir neçə gün əvvəl Şəmşəddin (Mehrab qəsəbəsi - red.) hərbi hissəsində baş vermiş daha bir hadisəni izah edin. Siz islahatlardan danışırsınız, amma zabitləriniz öz kefləri haqda düşünürlər.
Sadəcə başa düşmək istəyirəm ki, bu hərbi hissədə sərxoş vəziyyətdə olan bölüm komandiri işıqlar sönən zaman kazarmaya girib, “qalx” əmri verib, əsgərləri təhqir edib, sonra da dava düşüb. Səhv etmirəmsə, hazırda rota komandiri xəstəxanada, əsgər isə Dilicanda dustaqxanadadır.
Mənim şəxsən sizə qarşı heç bir iradım yoxdur, cənab Papikyan. Sadəcə orduda, sizin rəhbərlik etdiyiniz idarədə qarışıqlıq görürük”, - deyə jurnalist Zarqaryan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:43 / 12.12.2023
Erməni jurnalistdən XƏBƏRDARLIQ: "Ordumuzda xaos hökm sürür"
Hazırda oxunan: Erməni jurnalistdən XƏBƏRDARLIQ: "Ordumuzda xaos hökm sürür"
Hazırda oxunan: Erməni jurnalistdən XƏBƏRDARLIQ: "Ordumuzda xaos hökm sürür"
168626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.