Paşinyanın deputatı separatçılara səsləndi:

Paşinyanın deputatı separatçılara səsləndi: "İndi də Ermənistanı yox etmək istəyirsiniz?"

Hazırda oxunan: Paşinyanın deputatı separatçılara səsləndi: "İndi də Ermənistanı yox etmək istəyirsiniz?"

168515

Ləğv edilmiş “Arsax”ın (Qarabağdakı separatçı rejim) qondarma "parlamenti"nin növbədənkənar iclasının Ermənistan ərazisində keçirilməsi qəbuledilməzdir, çünki bu, onlar üçün bombaya çevriləcək. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

“Dağlıq Qarabağ"ın ordusunu dağıtdılar, mövcud silahları Azərbaycana verdilər, "parlamenti" buraxdılar. Bütün bunlar Ermənistana gəlib  "Arsax parlamenti"nin sessiyasını keçirmək üçündür?”. Papoyan parlamentdə jurnalistlərlə söhbətində belə deyib.

Deputat qarabağlı "siyasətçilərə" özlərinə gəlməyi tövsiyə edib:

“Onlar "Dağlıq Qarabağı" məhv etdilər. İndi də Ermənistanı yox etmək istəyirlər? Artıq bəsdir", deyə o yekunlaşdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO