İrəvan qisas almağa hazırlaşsa, mövcudluğuna son qoyulacaq - Erməni deputat

İrəvan qisas almağa hazırlaşsa, mövcudluğuna son qoyulacaq - Erməni deputat

Hazırda oxunan: İrəvan qisas almağa hazırlaşsa, mövcudluğuna son qoyulacaq - Erməni deputat

168508

“Düşünürəm ki, sülh sazişi qisas istəyinin sıfıra enməsi zamanı bağlanır. Əgər hər hansı qisas olacaqsa, onda sülh müqaviləsinin taleyi necə olacaq? Üstəlik, Ermənistanın uzun müddət möhkəmlənməsini və burada uzun müddət dövlətçiliyinin olmasını istəyiriksə, sülhə gedən yol birbaşa qonşuları ilə dialoqdan keçir”. 

Bizim.Media xəbər verir ki, bunu hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı, Parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri Gevorq Papoyan erməni jurnalistlərinin "Azərbaycan prezidenti tələb edir ki, Ermənistan qisas alınmayacağına zəmanət verməlidir" fikirlərini cavablandırarkən deyib.

“Sülh müqaviləsinə onlar kimi bizim də ehtiyacımız var. Söhbət davamlı sülhdən gedir.

Müqavilənin imzalanmasından sonra mən Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiyaya, həm də iqtisadi əlaqələrin inkişafına, firavanlığa və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq mühit görürəm.
Əgər Ermənistan qisas almağa hazırlaşdığını bəyan etsə, bu, mövcudluğunun sonuna gətirib çıxaracaq. Ermənistanda belə əhval-ruhiyyəni qızışdıran xarici qüvvələr olacaq, çünki onlara Ermənistanın mövcudluğu lazım deyil. Biz üçüncü dövlətlərin əlində alətə çevrilməməliyik”, - deyə deputat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO