Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində sülh danışıqları məsələsinə toxunarkən bir sıra mühüm mesajlar verib:
“Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir.
Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır.
Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, əslində sülh sazişini imzalamaq üçün hansısa bir ciddi maneə yoxdur:
“Azərbaycan son qısa müddətli tədbirlər nəticəsində demək olar ki, bütün problemləri həll edib. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, əslində sülh sazişini imzalamaq üçün hansısa bir ciddi maneə yoxdur. İrəvan bunu etmək üçün sadəcə olaraq Azərbaycana qarşı ərazi iddialarına son qoymalı və sülh sazişini imzalamalıdır. Bunun üçün hansısa bir maneə, problem yoxdur.
Ermənistan səmimidirsə, sülh yolunda addım atmağa hazırdırsa, təbii ki, müqavilə imzalana bilər.
Amma təəssüf ki, Ermənistanın dediyi sözlərlə atdığı addımları daim ziddiyyət yaradır. Dəfələrlə Vaşinqton, Brüssel və Moskvada sülhə “hə” deyib, amma sonda dediyi sözlərə də əməl etməyib. Ona görə beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan tərəfindən heç bir problem yoxdur, sülh sazişini imzalamağa hazırıq. Bu mənada saziş imzalanmasa deməli, Ermənistan növbəti dəfə hansısa bir yeni hiyləyə əl atmaq istəyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
15:00 / 09.12.2023
Ermənistanla sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Hazırda oxunan: Ermənistanla sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Hazırda oxunan: Ermənistanla sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
168228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.