Ermənipərəst Menendesi 5 il həbs gözləyir - Seçicilər senatora “gedin” deyir

Ermənipərəst Menendesi 5 il həbs gözləyir - Seçicilər senatora “gedin” deyir

Hazırda oxunan: Ermənipərəst Menendesi 5 il həbs gözləyir - Seçicilər senatora “gedin” deyir

168086

Rik Moren adlı müəllif Nyu-Cersidən olan ermənipərəst korrupsioner senator Bob Menendes haqda məqalə hazırlayıb.

Bizim.Media xəbər verir ki, material ABŞ-ın “Bleeding Heartland” saytında yerləşdirilib. 

“Dekabrın 1-də ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçı Corc Santosun Konqresdən çıxarılmasına səs verdi.

Bu, palatanın tarixində altıncı dəfə idi ki, onun üzvləri belə bir qərar qəbul edirdi. May ayında prokurorlar ona qarşı fırıldaqçılıq, çirkli pulların yuyulması, dövlət vəsaitlərinin oğurluğu və Konqresə yalan ifadələr vermək də daxil olmaqla, on üç ittiham irəli sürüblər. Bundan başqa, o, seçki kampaniyası zamanı karyerası və təhsili ilə bağlı dəfələrlə yalan danışıb, bununla da yaşadığı rayonda seçiciləri çaşdırıb.

İndi diqqət ABŞ Senatına, yəni Nyu-Cersidən olan demokrat senator Bob Menendesə yönələcək. O, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və korrupsiyada ittiham olunub.

Birinci halda, o, Misirə hərbi yardım təmin etmək üçün güclü mövqeyindən istifadə edərək, xarici agent kimi çıxış edib.

Başqa bir halda, o, Nyu-Cersidən olan varlı üç iş adamına kömək etmək və onların biznes fəaliyyətləri ilə bağlı araşdırmaya mane olmaq cəhdinə görə mükafat olaraq pul, qızıl külçələr, yeni avtomobil və digər qiymətli əşyaları qəbul edib.

Bu cür ittihamlar Nyu-Cersi senatoru üçün yeni bir şey deyil. 2017-ci ildə o, oxşar korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. O zaman, indi olduğu kimi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.

Hüquqi nöqteyi-nəzərdən senatorun iddia etdiyi cinayətlər keçmiş konqresmenin qanun pozuntuları ilə eyni səviyyədədir. Menendes günahkar bilinərsə, onu 5 il həbs cəzası gözləyir.

İki siyasət arasında başqa oxşar cəhətlər də var. Onların hər biri həmkarları tərəfindən istefaya çağırılıb.
Senat Bob Menendeslə nə edəcək? Bəli, günahı sübuta yetirilənə qədər o, günahsızdır. Eynilə Corc Santosun bir vaxtlar olduğu kimi.

Üstəlik, senatorun seçiciləri onu dəstəkləmirlər. Son sorğuya görə, Nyu- Cersililərin 70%-i onun vəzifədən getməsini istəyir.

Əgər demokratların təxminən 50 faizi Menendesin Senatdan çıxarılmasına səs versə və respublikaçılar bunu demək olar ki, yekdilliklə etsə, o zaman senatorun işi bitmiş olacaq”, – Rik Moren yazıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO