Moskva Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını alqışladı

Moskva Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını alqışladı

Hazırda oxunan: Moskva Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını alqışladı

168066

"Moskva Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq niyyətinə dair razılaşmanı alqışlayır".

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bakı və İrəvanın son addımları etimadı gücləndirməyə və tərəflər arasında münasibətlərin normallaşması üçün imkanlar açmağa kömək edir", - deyə o, qeyd edib.
Sözçünün sözlərinə görə, Rusiya sülh sazişinin imzalanmasına yanaşmadan məmnun qalıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Moskva mübahisəli məsələlərin həllində bundan sonra da hər cür kömək etməyə hazırdır.

Xatırladaq ki, dünən Bakı və İrəvan sülh müqaviləsi imzalamaq niyyətlərini təsdiqləyiblər. 

Tərəflər münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi əldə etməyi planlaşdırır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO