Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kremlin sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib:
“Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüf ki, erməni tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Ola bilsin, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni “məsləhətçi”ləri daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər”.
Qeyd edək ki, xeyli müddətdir Ermənistan və Qərbin tutduğu qeyri-konstruktiv mövqe səbəbindən danışıqlar prosesi dalana dirənib. Qərb bu məsələdə son zamanlar ermənipərəst mövqe sərgiləyir. İrəvan isə öz növbəsində Qərbin dəstəyilə Moskva danışıqlarından qaçmağa çalışır. Ermənistanın Bakının Tiflisdə ikitərəfli müstəvidə danışıqlar təklifi də hələlik cavabsız qalıb.
“Ermənistanın aydın yanaşması yoxdur”
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistan çox çaşqın vəziyyətdədir:
“Məsələ heç də onda deyil ki, rəsmi İrəvanın taleyüklü məsələyə aydın, şəffaf yanaşması yoxdur. Məsələ həm də ondadır ki, Ermənistan daxilində bir neçə güc mərkəzinin mövcudluğunu müşahidə edirik.
Deməzdim ki, bu bilərəkdən nümayiş olunan gedişdir. Amma əslində görürük ki, Ermənistan parlamentinin rəhbəri Alen Simonyan, Paşinyan, Ararat Mirzoyan bir-birindən fərqli olmaqla özlərinin müstəqil siyasətini yürüdürlər. Bu iki digəri Paşinyandan asılı olmayan siyasət yürütdüklərini diqqətə gətirirlər. Həmin siyasilər arasındakı fikirlərdə təzadların olması bunu deməyə əsas verir”.
“Rusiya səsini çıxarsa, Ermənistan alt-üst olacaq”
Ekspert əlavə edib ki, İrəvanın hərəkətlərində mərkəzləşmiş qərarlar qəbul etmək, faydalı mövqe formalaşdırmağın işartıları görünmür:
“Bu da Paşinyanın daha çox öz hakimiyyətini düşünməsilə bağlıdır. Ona görə də sağdan və soldan gələn təzyiqlərdən özünü sığortalamağa çalışır. O, Qərbə bel bağlayır. Guya Qərb onu sığortalayacaq. Rusiyanın səsinin çıxması ilə Ermənistanın daxili ictimai-siyasi vəziyyəti sözün əsl mənasında alt-üst olacaq. İstənilən halda Ermənistanda çaxnaşma düşəcək.
Hələlik Moskva Paşinyana dözümlü münasibət göstərir. Amma onun sonu müxtəlif tərzdə dəyişə bilər. Səhnənin görünməyən tərəfində baş verən proseslər istənilən an ictimai vəziyyəti köklü sürətdə dəyişə bilər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
11:00 / 08.12.2023
Paşinyan UÇURUMUN KƏNARINDA – “Rusiya səsini çıxarsa, Ermənistan alt-üst olacaq”
Hazırda oxunan: Paşinyan UÇURUMUN KƏNARINDA – “Rusiya səsini çıxarsa, Ermənistan alt-üst olacaq”
Hazırda oxunan: Paşinyan UÇURUMUN KƏNARINDA – “Rusiya səsini çıxarsa, Ermənistan alt-üst olacaq”
167932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.