İranda model biznesinin nümayəndələri kimi tanınan 6 şəxs əfv edilib.
Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, onlardan biri aktrisa Sitarə Diba Təbatəbaidir.
O, İran İslam Respublikasının qanunlarını pozmaqda ittiham edilib.
MÖVZU İLƏ BAĞLI:
Son bir ildə İranda edam edilənlərin sayı açıqlandı
Digər əfv olunan gənc qadınlar isə Atifə İsgəndəri, Mandana Yavər, Mona Mələkuti, Şiva Əfxəmidir. Onlar müxtəlif gözəllik yarışlarının iştirakçısı olublar.
Altılığın son üzvü Həmid Bədii isə modelçilik sahəsinin tanınmış fotoqrafı olub.
Bizim.Media