Borelin növbəti SƏRSƏMLƏMƏSİ – Yuxusunda 150 min erməni görən “DİPLOMAT”

Borelin növbəti SƏRSƏMLƏMƏSİ – Yuxusunda 150 min erməni görən “DİPLOMAT”

Hazırda oxunan: Borelin növbəti SƏRSƏMLƏMƏSİ – Yuxusunda 150 min erməni görən “DİPLOMAT”

167874

Kimsə özünün Papadan daha qatı katolik olduğunu göstərməyə çalışırsa, deməli “torbada pişik var”. Çünki dini təəssübkeşlik və dini fədakarlıq baxımından heç kim Papa ilə rəqabət apara bilməz. Amma əfsuslar olsun ki, müasir dünyamızda belələri az da olsa var. Onlardan biri də Aİ Komissiyasının vitse-prezidenti Cozep Boreldir. Bu adam erməni ultramillətçisindən də artıq “ermənipərəstdir”.

Əksər hallarda Borel öz yalan iddiaları ilə erməniləri də kölgədə qoyur. Məsələn, bu şəxs iddia edir ki, son vaxtlar Qarabağdan 150 min erməni çıxıb. Halbuki, bu rəqəmi ən populist erməni siyasətçi belə səsləndirməyib. Ermənilər 35 ildir iddia edirdilər ki, Qarabağda 120 min erməni yaşayır.

Bu rəqəm yarım əsrə yaxındır ki, dəyişmir. İlişib qalıb 120-də. Təkcə bu rəqəmin dəyişməməsi onu sübut edir ki, ermənilərin iddiası yalandır. Əgər bu reallığa yaxın bir rəqəm olsa idi 35 ildə artıb-azalardı.

Bununla belə Cozep Borel son çıxışı ilə hər kəsi, hətta erməniləri belə təəccübləndirməyi bacardı. Çünki ermənilər özləri belə antiterror tədbirlərindən sonra bölgəni tərk edənlərin 100 min nəfər olduğunu deyirlər.

Görəsən, bu sərsəm fikirləri səsləndirməyə Boreli kim məcbur edib?

ƏIvvəlcə Azərbaycanın Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelə verdiyi rəsmi cavablara nəzər salaq. Dekabrın 5-də Xarici İşlər Nazirliyi Borrelin bu sərsəm fikirlərinə çox kəskin və kəsərli cavab verib. Dekabrın 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Avropalı siyasətçiyə öz yerini göstərib:

“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cozep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

İndisə gələk yuxarıdakı sualın cavabına...

Bu sualın cavabı üçün bir hadisəni yada salmaq istəyirik. Hər kəs bilir ki, Rusiyalı jurnalist Vladimir Solovyov hər zaman Azərbaycanın qatı əleyhdarı kimi çıxış edib. Bu adam bütün çıxışlarında Azərbaycan əleyhinə danışıb. Səbəbini isə bu yaxınlarda özü etiraf edib. Sən demə, Vladimirin birinci xanımı ona azərbaycanlıya görə xəyanət edib. Daha doğrusu xanım Solovyova bazarda tərəvəz satan bir soydaşımıza görə Vladimiri evdən qovub. Keçmiş həyat yoldaşını həddən çox sevən Vladimir də o zamandan başlayaraq qəlbində azərbaycanlılara qarşı nifrət bəsləyib.Və bu gündə o nifrətin təsiri ilə Azərbaycan əleyhinə danışır. Cozep Borelin də Azərbaycan barədə bu qədər nifrətlə danışmasının arxasında hansısa gizli səbəb var. Burda erməni diasporunun pul kisəsindən asılılıq faktoru da var. İkinci ehtimalsa ondan ibarətdir ki, Borelin də Solovyov kimi azərbaycanlılarla bağlı acı xatirəsi, yaxud da, ermənilərlə yaxınlığı var. Ona görə də, Azərbaycana qarşı bu cür nifrət dolu bəyanatlarla çıxış edir. Bu məsələdə üçüncü ehtimal yoxdur. Çünki Borelin sərsəmləmələri onun tutduğu yüksək posta qətiyyən uyğun gəlmir. Özünə hörmət edən siyasətçi heç zaman əsası olmayan rəqəm səsləndirməz. Əgər bu qədər yalan və şişirtmə rəqəmi Borel dilə gətirirsə, deməli bunun arxasında çoxlarının bilmədiyi gizlin səbəblər var. “Borel kimi populist” Təsadüfi deyil ki, Azərbaycan Prezidenti “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb: "Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil". Təmsil etdiyi qurumun maraqları əleyhinə danışan adam deməli, nədənsə asılıdır. Boreli bu cür məsuliyyətsiz çıxışlara nəyin məcbur etdiyini isə zaman göstərəcək. Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO