Dekabr ayından bu yana Türkiyənin Zonguldak şəhərində itkin düşən və axtarılan 32 yaşlı gəncin cansız bədəni su quyusundan tapılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı bir neçə aydır aparılan tədqiqatların nəticəsi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Qandonduran olay – Övladlarının gözü qarşısında arvadını, qayınanasını və qonşusunu öldürdü
32 yaşlı Aydın Zenginin atası Sait Zengin tərəfindən öldürülərək su quyusunda basdırdığı ortaya çıxıb. Saxlanılan ata hüquq-mühafizə orqanlarına ifadəsində oğlunun daim cinayətlər törədən və problemlər yaradan biri olduğunu deyib.
Oğlu ilə birgə quyu qazdığı zaman aralarında mübahisə düşdüyünü deyən ata, ona tüfənglə atəş açdığını bildirib. Cinayəti ört-basdır etmək üçün isə cəsədini quyuda basdırıb.
Bizim.Media