“İlk növbədə, fransızların həyata keçirmək istədikləri auditdən başlamaq istəyirəm. Əgər audit aparsalar, bütün məlumatları tələb edəcəklər. Əvvəla qeyd edək ki, Rusiyanın digər KTMT-yə üzv dövlətlərdə də birgə hava hücumundan müdafiə sistemi var və fransızlar bizə gəlib bu auditi aparsalar, o zaman biləcəklər ki, bu sistem başqa ölkələrdə necə işləyir. Çünki texniki parametrlər baxımından bu, eyni sistem və texnologiyadır, eyni məlumatlardır. Bu o deməkdir ki, sistem ifşa olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.
“İkincisi, əgər Fransa həqiqətən Ermənistanı silahlandırmaq istəyirsə, onu elə silahlandırmalıdır ki, heç kimin bundan xəbəri olmasın. Tamamilə gizli şəkildə. Heç kim bilməməlidir ki, hansı silahlar, hansı sursatlar ötürülür. Hər şey gizli olmalıdır. Gürcüstandan gətirirlər və hamının bundan xəbəri var.
İndi bu hərəkətlər Ermənistan hakimiyyətinin bəyanatlarına uyğun gəlmir. Çünki onlar daim deyirlər ki, biz bunu etməsək və ya sülh müqaviləsi imzalamasaq, Azərbaycan hücum edə bilər. Yaxşı, bilirsən ki, Azərbaycan onların məntiqinə əsaslanaraq hücuma keçə bilər, o zaman bu piar kampaniyası nəyə lazımdır? Niyə biz faktiki olaraq Azərbaycanı buna təhrik edirik?
Ona görə də Azərbaycan deyir ki, siz Ermənistanı hərbiləşdirirsiniz. İlham Əliyev də çox gözəl bilir ki, bu 50 zirehli texnikanın imkanları yoxdur və heç nə demək deyil.
Mən özüm də qeyri-hərbi şəxs kimi bilirəm ki, 50 zirehli texnika heç nə demək deyil, amma Ermənistan hakimiyyəti elə piar aparır ki, guya onlar ballistik raket alıblar.
İndi də Azərbaycan bundan sui-istifadə edərək bəyan edir ki, Fransa Ermənistanı hərbiləşdirir, Ermənistan sülh istəmir və qisas almağa hazırlaşır. Bu o deməkdir ki, Fransa yeni müharibə axtarışındadır”, - deyə analitik bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:25 / 06.12.2023
Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni qızışdırır - Erməni analitik
Hazırda oxunan: Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni qızışdırır - Erməni analitik
Hazırda oxunan: Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni qızışdırır - Erməni analitik
167756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.