Parisdən terrora AÇIQ DƏSTƏK – Fransa Qarabağdan qaçan separatçılara TƏLİM KEÇİR? 

Parisdən terrora AÇIQ DƏSTƏK – Fransa Qarabağdan qaçan separatçılara TƏLİM KEÇİR? 

Hazırda oxunan: Parisdən terrora AÇIQ DƏSTƏK – Fransa Qarabağdan qaçan separatçılara TƏLİM KEÇİR? 

167558

Xəbər verdiyimiz kimi tanınmış rusiyalı jurnalist, “Daily Storm” nəşrinin təsisçisi və Dövlət Duması sədri Vyaçeslav Volodinin keçmiş müşaviri Anastasiya Kaşevarova bu günlərdə maraqlı iddia ilə çıxış edib. O bildirib ki, Ermənistanın Müdafiə naziri Papikyanın Fransaya son səfəri zamanı Fransa Müdafiə Nazirliyi ilə Rusiyaya qarşı sövdələşmə aparılıb:

“Razılaşdırlıb ki, Ermənistandan və Qarabağdan qovulan hərbçilər Fransada hərbi təlimlərə cəlb olunsun. Daha sonra isə onlar Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilsin”. 

Erməni diasporu rəsmi Parisdən nəyi və nə üçün tələb edir?
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”


Anastasiya Kaşevarovanın bu fikirləri bir qədər sensasion görünsə də burada təəccüblü bir məsələ yoxdur. Çünki Fransa Ermənistana hər zaman korporativ maraqlardan yanaşıb. Məlum olduğu kimi, ermənilərin ən yaxşı təşkilatlandığı ölkə Fransadır. Bu diaspor hətta Fransa siyasətinə də təsir edə bilir. 

Bütün prezident və parlament seçkilərində ermənilərin səsini qazanmaq üçün fransız siyasətçilər min hoqqadan çıxırlar. Ona görə də Yelisey Sarayındakılar erməni diasporu ilə ehtiyatla davranırlar.  Hazırda Fransada real fəaliyyət göstərən 300-dən artıq erməni dərnəyi mövcuddur. 

Bu ölkədə erməni diasporunun strukturunda siyasi partiyalar xüsusi yer tutur. Erməni diasporunun təşkilati strukturuna siyasi partiya adı altında fəaliyyət göstərən Erməni İnqilab Federasiyası (Daşnaksütyun), “Hnçak” və Erməni Liberal Demokrat Partiyası (“Ramqavar”) daxildir. 
Amma unutmayaq ki, erməni diasporunun əsas hədəfi Fransanın Ermənistana siyasi-iqtisadi dəstəyi təşkil etmək yox, özlərinin korporativ maraqlarını qorumaqdır. Fransada güclü şəkildə təşkilatlanan ermənilər son 200 ildə çox böyük kapital əldə ediblər. Bu kapitalı qoruyub inkişaf etdirmək üçün erməni təşkilatları Fransa hökümətinə müxtəlif təzyiqlər edirlər. 

Ermənilərin tələbləri bəzən elə ölçüdə olur ki, onu icra etmək Fransanın imkanları xaricində qalır. Təbii ki, bunu  ermənilər də yaxşı bilir. Lakin ermənilər mümkünsüz tələbləri irəli sürməklə Fransa hökümətini təzyiq altında saxlamaq istəyirlər. Çünki gözükölgəli hakimiyyətdən ermənilər özlərinin istəklərini asanlıqla qopara bilirlər. Tələbləri yerinə yetirilməyəndə isə təbii ki, siyasi şüarlar ortaya atılır.

Yelisey Sarayındakılar erməni diasporunun girovudur

Erməni diasporunun ictimailəşən tələblərini qismən yerinə yetirmək məcburiyyətində qalan Fransa təkliflərə müəyyən korreksiyalar edir. Məsələn, ermənilər tələb edir ki, Fransa Qarabağdan gedən ermənilərə sığınacaq versin. 

Amma erməni təzyiqlərindən bezən rəsmi Paris bu təklifə öz marağına uyğun yanaşır. Belə ki, Qarabağdan çıxan erməni ailələrinə yox, erməni terrorçulara “sahib çıxır”. 

Rusyalı jurnalistin araşdırmalarına görə Ermənistandan təyyarə ilə Fransaya gətirilən terrorçular xüsusi təlim bazalarına yerləşdirilir. Hətta bu istiqamətdə NATO-nun hərbi bazalarından da istifadə edilir. Uzun müddət hərbi təlimlər keçən ermənilər sonradan Ukrayna-Rusiya cəbhəsinə göndərilir. Təbii ki, həm təlim dövründə, həm də döyüşdəki müddətdə Fransa höküməti erməni muzdlulara maddi dəstək göstərir.

Beləcə, Fransa “bir daşla iki quş” vurur. Həm erməni diasporunu razı salır, həm də Ukraynaya hərbi yardım etmiş olur. Bununla da Fransa-Ermənistan əlaqələri daha da “dərinləşir”. 

Amma bütün hallarda həm erməni diasporunun, həm də ki, rəsmi Parisin etdikləri siyasi riyakarlıqdan başqa bir şey deyil. Buna görə də atılan ixtiyari addımın regiondakı siyasi proseslərə heç bir təsir imkanı yoxdur.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO