Donbasda savaşın başlanacağı tarix açıqlandı

Donbasda savaşın başlanacağı tarix açıqlandı

Hazırda oxunan: Donbasda savaşın başlanacağı tarix açıqlandı

16753

NATO səfirlərinin Ukraynaya görə toplanması Donbasda böyüyən konfliktin sübutudur.

Böhranın dünya olmasa da, Avropa müharibəsinə çevrilmə potensialı var. Hələlik bu potensialdır. Bu olacaq, ya yox? Görəcəyik. Qərb indi bilmir ki, bununla nə etsin.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. Onun sözlərinə görə, Donbasda savaş bir ay sonra başlaya bilər.

“Buna əmin deyiləm, amma mayın əvvəlində hər şey hazır olacaq. Qərar qəbul edilib. Buna bir neçə səbəb var:

 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ordusu Donetsk ətrafını atəşə tutdu – MÜHARİBƏ BAŞLAYIRMI?


Ukraynada rusiyayönlü kanalların bağlanması, Viktor Medvedçukun həbs təhdidi, Navalnının həbsi, Baydenin Putini qatil adlandırması və s. Təhdidlər sürətlə böyüyür. Çox şey açıq nəşrlərdə müzakirə edilmir, amma biz çox pis əlamətlər görürük”.

Felgenhauer Rusiyanın indidən bir sıra addımlar atdığını, hətta savaş zamanı Odessa və Nikolayevə desant çıxarmağı planlaşdırdığını bildirib. Hərbi ekspert həm Ukrayna, həm də Rusiyanın savaşa hazır olduğunu deyib:

“Ukrayna reformlar aparıb. Rusiya da 2014-cü illə müqayisədə çox yaxşı hazırlaşıb. Lakin onun həm keyfiyyət, həm də kəmiyyət baxımından əzici üstünlüyü var. Donbasda bütün müstəqil xadimlər məhv edilib. Sonuncu Aleksandr Zaxarçenko idi, o da öz maliyyə mənbələri və müstəqil ordusu ilə ortadan qaldırılıb.

Bu gün Donbas liderləri uydurmadır, onlar heç nəyə komandanlıq etmirlər. Onlar Novoçerkasdakı 8-ci ordu qvardiyasının qərargahına tabedirlər. Donbasda, həmçinin Rusiya qruplaşmasının əsas rezervi 150-ci diviziyadır. Çox güclü birlikdir”.

Ekspert Donbasda savaş olarsa, Rusiyanın Krım və Xarkov istiqamətindən daxil ola və “Novorossiya” yarada biləcəyini iddia edib.

O, rus ordusunun Dnetryanını blokadadan çıxartmaq üçün Rumıniya sərhədinə qədər gedə biləcəyini də söyləyib.

Qərbdə Rusiya müdaxiləsinə qarşı parçalanma yaşandığını deyən Felgenhauer bir qismin savaşa qarışılmaması gərəkdiyini, digərinin isə müdaxilə edib, Rusiya ilə sövdələşmə aparılması ideyasını müdafiə etdiyini bildirib. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO