Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRDİ – “Sərhəddə gərginlik” şousunun PƏRDƏARXASI

Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRDİ – “Sərhəddə gərginlik” şousunun PƏRDƏARXASI

Hazırda oxunan: Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRDİ – “Sərhəddə gərginlik” şousunun PƏRDƏARXASI

167506

Son vaxtlar Ermənistan davamlı şəkildə məlumatlar yayır ki, guya Azərbaycan tez-tez atəşkəsi pozur. Bu cür xəbərlərin heç bir əsası olmasa da ermənilər üçün bunun böyük önəmi var. Rəsmi İrəvan bu cür feyk xəbərlərdən siyasi dividend əldə edir. Bu dividendlərsə iki istiqamətdə xərclənir. 

Birincisi, Paşinyan və onun komandası daxili auditoriyaya müəyyən mesajlar ötürür. Yəni, guya ki müharibə hələ qurtarmayıb, heç nə tam itirilməyib. Hər an müharibə başlaya bilər və çox şeyi “geri qaytarmaq” olar. 

Burda bir həssas məsələ də var.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”


Ermənistanın siyasi hakimiyyəti Azərbaycan adından ermənilərə müharibə təhdidi ünvanlayır. Bildiyimiz kimi, Ermənistanda əhalinin böyük bir kəsimi siyasi çəkişmələrdən bezib, bir kənara çəkilib. Həmin kəsimin qorxduğu yeganə məsələ isə yeni müharibənin başlamasıdır. Bu qorxunu özünün siyasi alətinə çevirən Paşinyan iqtidarı bundan xalqına qarşı dəyənək kimi istifadə edir. 

Bəs, Qərbə və Rusiyaya hansı mesajlar verilir?

Atəşkəsin tez-tez pozulması xəbəri ilə Ermənistan xarici tərəfdaşlarına da öz mesajını verir. Məsələn, bu cür xəbərlərlə Paşinyan Rusiyapərəst elektoratı neytrallaşdırır. Guya ki, Azərbaycan Ermənistana hücuma hazırlaşır. Lakin Rusiya və KTMT tərəfdaşı olduğu Ermənistanı yox, Azərbaycanı müdafiə edir.

Bununla paralel olaraq, Paşinyan höküməti Qərbi inandırmağa çalışır ki, Azərbaycan əldə etdikləri ilə razılaşmaq fikrində deyil. Guya ki Ermənistan əraziləri Azərbaycanın “işğal planları”na daxildir. Ermənistan isə Qərbin köməyi olmadan Azərbaycanla bacara bilməz.

Bu cür gedişlər Qərbin də maraqlarına xidmət edir. 

Məlumdur ki, Qərb Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını istəyir. Anti-Rusiya təbliğatı da bu hədəfə çatmağın yolunu xeyli qısaldır. Bundan başqa, Qərbin Ermənistana gəlməsi üçün hüquqi əsas olmalıdır. İndiki vəziyyətdə isə bu hüquqi əsas yoxdur. 

İndiki mərhələdə, Ermənistan ilk növbədə Rusiyanın ordusunu ölkəsindən çıxartmalıdır. Eyni zamanda, KTMT üzvlüyündən də imtina etməlidir. Bunun üçünsə ilk növbədə sosial və siyasi əsaslar hazırlanmalıdır. Bundan sonra məsələ hüquqi müstəviyə çıxarılmalıdır. 

Yəni xalqın “tələbi” ilə Ermənistan parlamenti Rusiya ordusunun ölkə ərazisindən çıxarılması üçün qanun qəbul etməlidir və buna qədər olan bütün hüquqi öhdəliklərdən imtina olunmalıdır. 

Eyni zamanda, Ermənistanın “təhlükəsizliyi” üçün Qərbin hərbi kontintengtinin ölkəyə gətirilməsi üçün Milli Assambleya qanuni baza hazırlamalıdır. İndiki halda isə Ermənistan parlamentində çoxluq Paşinyan tərəfdarlarının əlində olsa da qeyd etdiyimiz qanunların qəbulu üçün lazım olan 2/3 səs çoxluğu erməni baş nazir üçün bir xəyaldır.

Ona görə də “atəşkəs oyunu” Qərbin çirkin planlarının bir parçasıdır.

Ermənistanı nə gözləyir?

Qərb öz oyuncağının, yəni Paşinyan iqtidarının əli ilə Rusiyanı Ermənistandan çıxarmağa çalışır. Lakin bu elə də asan məsələ deyil. Çünki Ermənistan iqtisadiyyatı, müdafiə sektoru Qərbdən yox, birbaşa və tam olaraq Rusiyadan asılıdır. Üstəlik, Moskvanın başı hər nə qədər Ukraynaya qarışsa da, Qərbin Ermənistan planını da gözardı etməyib. Yəni, Kreml Qərbin addımlarını cavabsız qoymayacaq. 

Belə olan halda, əzilən, böyük güclərin toqquşma meydanına çevrilən məhz Ermənistan olacaq. Necə deyərlər, “fillər döyüşəndə, əzilən çəmənlik olar...”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO