Erməni müxalifətinin son çırpınışı: Qarabağla bağlı qondarma layihə dəstəklənmədi

Hazırda oxunan: Erməni müxalifətinin son çırpınışı: Qarabağla bağlı qondarma layihə dəstəklənmədi

167497

Ermənistan parlamenti “Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə” cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə lehinə səs verib.

Bundan əvvəl Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komissiyası Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını qadağan edən qanunvericilik təşəbbüsünü rədd edib və layihə plenar iclasda müzakirə edilə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO