Ermənistan parlamenti Qarabağla bağlı təxribat xarakterli qanun layihəsini TƏSDİQLƏMƏDİ

Hazırda oxunan: Ermənistan parlamenti Qarabağla bağlı təxribat xarakterli qanun layihəsini TƏSDİQLƏMƏDİ

167422

Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişiklikləri rədd edib.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qanun lahiyəsində Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət hesab edilməsini, Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini özündə əks etdirirdi.

Komissiyanın 3 üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin tətbiq olunmasının lehinə, 7-si isə əleyhinə (hakim “Mülki müqavilə” fraksiyasından olan deputatlar) səs verib.
Hökumət fraksiyasının deputatları hesab ediblər ki, bu, Azərbaycanla sülh gündəminə mane olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO