Edmondo Çirielli: “Avropada erməni revanşizmini qızışdıranlar var”

Edmondo Çirielli: “Avropada erməni revanşizmini qızışdıranlar var”

Hazırda oxunan: Edmondo Çirielli: “Avropada erməni revanşizmini qızışdıranlar var”

167121

“Prezident İlham Əliyevin çox praqmatik liderdir və Azərbaycan beynəlxalq hüquqa zidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində bildirib.

“Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib”, deyə İtaliya xarici işlər naziri vurğulayıb.

Bakının dəfələrlə sülh çağırışları etməsi ilə bağlı E.Çirielli bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında qalib gəldiyinə baxmayaraq,  Azərbaycan qoşunlarını dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi sülh yolu ilə həll etməyə çalışdı. 
İtaliya nazir müavini əlavə edib ki, təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO