Erməni yalanlarının İFŞASI – Tarixi sənədlərdə Azərbaycan adından istifadəni sübut edən FOTOFAKTLAR

Erməni yalanlarının İFŞASI – Tarixi sənədlərdə Azərbaycan adından istifadəni sübut edən FOTOFAKTLAR

Hazırda oxunan: Erməni yalanlarının İFŞASI – Tarixi sənədlərdə Azərbaycan adından istifadəni sübut edən FOTOFAKTLAR

166832

Bədnam qonşularımız olan ermənilər və farslar zaman-zaman iddia ediblər ki, Azərbaycan coğrafi ad kimi 1918-dən sonra istifadə olunmağa başlayıb. Bəzi soydaşlarımız da bu fikirlə həmrəy olublar. Və tarixdə Azərbaycan adlı dövlətin yalnız XX əsrdə yarandığını söyləyirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycanın tarixi müfəssəl şəkildə heç zaman yazılmayıb.

Çox təəssüf ki, müstəqillik illərində da bu məsələ diqqətdən kənarda qalıb. Halbuki, tarixçilərin, etnoqrafların və arxeoloqların iştirakı ilə Azərbaycanın tarixinin yazılmasının vaxtı çoxdan çatıb və bəlkə də keçib.

Əfsus ki, 1920-1990-cı illərdə yazılan Azərbaycan tarixi SSRİ hakimiyyətinin göstərişi ilə yazılıbsa, son 33 ildə bu tarix kitablarına sadəcə müəyyən əlavələr edilib. Məhz ona görə də bəzi tarixçilərimiz azərbaycanlıları aborigen (bölgənin yerli xalqı) xalq hesab etmirlər.

Azərbaycan adından istifadə ilə bağlı faktlar kifayət qədərdir

Məsələ ilə bağlı Bizim.Media ilə həmsöhbət olan tarixçi alim Zaur Əliyev bildirib ki, qədim Azərbaycan tarixi ilə bağlı həm İranın, həm Rusiyanın, həm də Avropanın arxivlərində kifayət qədər faktlar var:


“Məsələn, Gülüstan və Türkmənçay müqavilələrini özündə ehtiva edən xəritələrdə Azərbaycan adı yazılıb. Eyni zamanda müqavilənin Sankt-Peterburq şəhərində arxivdə saxlanılan orjinalında Azərbaycan adından istifadə edilir. Bu günə qədər çoxu iddia edir ki, Azərbaycanın adı müqavilədə yoxdur. Halbuki, Qafqazdakı rus qoşunlarının komandanı general İ.F.Paskeviç Çara yazdığı məktubda Azərbaycan adından istifadə edib:

“Zati-aliləri, mənim vasitəmlə ermənilərin Azərbaycana köçürülməsi üçün qəbul edilmiş üsullar və onların hazırda rayonlarımızda məskunlaşdırılması haqqında daha etibarlı məlumat əldə etməkdən məmnun qaldınız."


General İ.F.Paskeviçin rus şairi və diplomatı A.S.Qriboyedova ünvanladığı “Sülh danışıqları zamanı Türkmənçayda, xüsusən də Adərbəycana bağlı kollegiya müşaviri Qriboedova necə davam etmək barədə təlimat” başlıqlı bu məxfi məktubunda rus qoşunlarının əksər Azərbaycan ərazilərindən çıxarılması şərtlərindən bəhs edilir”.

Tarixçi alim diqqətə daha bir faktı təqdim edib:

“Rus Çarı general Paskeviçə ünvanladığı məktubda yazır ki, "pul tələbləri farslar tərəfindən rədd edilsə, bütün Azərbaycan vilayətinin Farsdan (Qacarlar dövlətindən) ayrılmasına hazır olun".

Azərbaycan adının 1918-ci ilə qədər sənədlərdə olmadığını iddia edənlərə bu ən tutarlı cavabdır. Gülüstan müqaviləsi ilə bağlı Qacarlar şahına ünvanlanan məktubda deyilir:

"Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə başa çatmış müharibədəki bədbəxtlikləri kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta (bəxş) edir.



Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman sərgilədiyi davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır."

Sənədin orjinalının arxivdə müasir rus şirifti ilə yazılmış surəti var. Bu fakt bir daha sübut edir ki, Rusiya və Qacar dövləti Azərbaycan iki hissəyə bölüblər. Bu bir daha bədnam qonşularımızın yalanlarını ortaya qoyur. Eyni zamanda, bizə hüquqi şərait yaradır ki, bu müqavilənin qüvvədən düşməsini sübut edə bilək”.


200 il əvvəl imzalanan rəsmi sənədlərdə Azərbaycan adından istifadə edilməsi onu göstərir ki, hələ 19-cü əsrdən əvvəl də Azərbaycan yer adı kimi mövcud olub. Bundan əlavə, tarixi mənbələrdə Azərbaycan adının meydana çıxması ilə bağlı iki əsas versiya önə sürülür. Birincisi, Azərbaycan eradan əvvəl mövcud olmuş Atropatena toponiminin yüz illər boyu dəyişməsi ilə yaranıb. İkinci versiyaya görə isə hazırki Azərbaycan toponimi türk dövləti olan Xəzərlərin adı ilə “Xəzərbəycan” sözündən meydana gəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO