Tarix kitabında İrəvanla bağlı düzəliş Ermənistanı QARIŞDIRDI – FOTO  

Tarix kitabında İrəvanla bağlı düzəliş Ermənistanı QARIŞDIRDI – FOTO  

Hazırda oxunan: Tarix kitabında İrəvanla bağlı düzəliş Ermənistanı QARIŞDIRDI – FOTO  

166617

Bir neçə gündür Ermənistanda alimlər, media və tanınan siyasi-ictimai xadimlər bir-birinə dəyib. Səbəbsə tarix üzrə fəlsəfə doktoru Smbat Hovhannisyanın 7-ci sinif üçün “Ermənistan tarixi” dərsliyindəki yeni düzəlişdir. 

Bizim.Media xəbər verir ki, həmin dərslikdə Urartunun xəritəsində xırda bir düzəliş edilib və İrəvan şəhəri "Erebuni" kimi qeyd edilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...


Bu da ölkənin bütün dairələrində narazılıqla qarşılanıb. 

Məsələ ilə bağlı fikirlərini bölüşən tarix üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, bu məsələ o qədər böyüyüb ki, hətta Ermənistanın təhsil naziri müzakirələrə qoşulub:

“Hamıya müraciət edirəm, gəlin müzakirə edək, səhvləri düzəldək. Etiraz edən alimlər, ictimai və siyasi xadimlər "Bu dərslik erməni gənclərinin vətənə sevgisinə mənfi təsir edəcək", - deyə kəskin çıxışlar edirlər.

Bizdə isə belə məsələlərə çox səthi yanaşırlar. Təsəvvür edin, 17 tarix dərsliyi var, əksəri də bir-birini təkzib edir. Dərsliklərdə “Armenia”, “Arsax” (Ərsaq yox, ha) adı çəkilir, guya qədim Ermənistan olub deyə fikirlərə rast gəlinir. 

Ona görə də millət olaraq ermənilər dünyada öz uydurma "tarixlərini" yaya, tanıda bilir. Biz isə ən qədim türk dövləti olan Azərbaycana türklərin "gəlmə" olmasını dərsliklərə salırıq.

Bu səhvlərə görə də biz Azərbaycan coğrafiyasında bizim ən qədim xalq olduğumuzu isbat etməkdə əziyyət çəkirik. Müzakirələr zamanı ermənilər, farslar, gürcülər və hətta İran tacikləri qarşımıza dərslikləri qoyub deyirlər ki, bunu biz demirik, sizin dərsliklər deyir".


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO