“Dağlıq Qarabağ” məsələsi bizim üçün mövcud deyil - Alen Simonyan

“Dağlıq Qarabağ” məsələsi bizim üçün mövcud deyil - Alen Simonyan

Hazırda oxunan: “Dağlıq Qarabağ” məsələsi bizim üçün mövcud deyil - Alen Simonyan

166512

Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb.

“Biz son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, deyə o, qeyd edib.

"Zamanla azərbaycanlılar istəsələr, Ermənistanda məskunlaşa biləcəklər. Ermənilər və azərbaycanlılar yan-yana yaşamalı və ticarət etməlidirlər”, - deyə Alen Simonyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO