Ermənistan prezidenti ölkə ərazisində separatçıların “dövlət qurumlarının” olmasına qarşı çıxdı

Hazırda oxunan: Ermənistan prezidenti ölkə ərazisində separatçıların “dövlət qurumlarının” olmasına qarşı çıxdı

166492

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkə ərazisində keçmiş Qarabağ rejiminin “dövlət qurumlarının” olmasına qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda o, separatçıların “dövlət qurumlarının” saxlanması məsələsini şərh edərkən danışıb.

“Qarabağın "dövlət qurumları" nədən ötrü "fəaliyyət göstərməlidir?".  Ermənistan Respublikası var və onun qurumları fəaliyyət göstərir”, - Xaçaturyan jurnalistlərə bildirib.

Prezident həmçinin vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti Qarabağı təslim etməyib: "Qarabağ hələ 1991-ci ildə Azərbaycanın bir hissəsi kimi tanınıb".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO