Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda sualları cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub.
Bizim.Media xəbər verir ki, o, gələcəkdə tarixdə necə qalacağı ilə bağlı pessimist danışıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağla bağlı istənilən danışıq dövlətçiliyimizə ölümcül zərbədir - Erməni bloger
Qeyd edib ki, bu tarixin kimin yazmasından asılıdır:
“Tariximizin ən mənfi personajlarından biri çar Papdır. Onun haqqında tarixçilərin yazdığını oxuyanda əxlaqsız olması və s. fikirlər yer alır. Erməni apostol kilsəsi onu özünün ən böyük düşməni hesab edir. Halbuki o adam əslində, erməni apostol kilsəsinə siyasi müstəqillik verib. Mənim üçün çar Pap tariximizin əsas simalarından biridir”.
Paşinyan deyib ki, tarixçilər onun haqqında da Pap kimi yazsa, o halda satqın kimi təqdim olunar:
“Əgər əsas istinadı Ermənistan olsa o tarixçi mənim haqda suveren, müstəqil və demokratik dövlət üçün bütün səylərini əsirgəməyən bir şəxs olduğumu deyəcək. Bunun nə ilə nəticələnəcəyini tarix göstərəcək”.
Bizim.Media