Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...

Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...

Hazırda oxunan: Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...

165802

“Ermənistan KTMT, Azərbaycan isə Qərb istiqamətində hərəkət etmir. Nəticədə anormal vəziyyət yaranıb. Belə olan halda Bakı tələblərini sərtləşdirəcək. Məğlub olan hökumət yenə qaliblə danışıq aparacaq və bu, uduzanla qalibin söhbəti olacaq, bizim üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq”.

Bu fikirləri Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan deyib.

Ermənistanı hansı ağır nəticə gözləyir?

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, Ermənistanda dövlət siyasəti yoxdur:

“Kortəbii şəkildə müxtəlif qütblərə doğru hərəkət etmək dövlət siyasətinin mövcudluğu demək deyil. Dövlətin rəhbərliyində güclü, bacarıqlı, səriştəli və intellektual cəhətdən hazırlıqlı qüvvə varsa, o, bütün riskləri və üstünlükləri təhlil etdikdən sonra seçim edir.

Ermənistan hökuməti bəhanələr axtarır ki, uğursuzluqlarına bəraət qazandırsın. Bu addım Ermənistanın daxili auditoriyasına hesablanıb. Digər tərəfdən isə bu, xarici qüvvələrə bir mesajdır.

Onlar “Ermənistan ağır vəziyyətdədir və köməyə ehtiyacı var” fikrini aşılamağa çalışırlar.

Bütün sahələrdə olduğu kimi böyük siyasət aləmində də köməklik göstərən tərəflər həmişə qarşılıq gözləyir. Biz görürük ki, Ermənistanın bu istiqamətdə xarici qüvvələrə böyük sorğuları var. Bu ölkə bəhanə edir ki, guya Azərbaycan Rusiya və ya Türkiyə ilə sövdələşib, Ermənistana yardım mütləqdir, çətin durumdadır və s.

Daxili ictimaiyyəti də bu düşüncəyə fokuslayırlar. Alınmadığı təqdirdə Paşinyan hökuməti günahkar olmayacaq. Belə yanaşmanın özündə də çox böyük naşılıq, zəiflik var. Ermənistandan da pis vəziyyətdə olan ölkələr olub. Yaxşı liderlər belə məqamlarda üzə çıxır. Biz Ermənistanda idarəçiliyin zəif olduğuna şahid oluruq. Çünki göz görə-görə onlar bu zəifliklə barışırlar. Son zamanlar müxtəlif yönlərə üz tutmaları buna bariz nümunədir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO