KTMT sammiti ilk dəfə Ermənistanın iştirakı olmadan keçirilir

KTMT sammiti ilk dəfə Ermənistanın iştirakı olmadan keçirilir

Hazırda oxunan: KTMT sammiti ilk dəfə Ermənistanın iştirakı olmadan keçirilir

165787

Belarusun paytaxtı Minsk şəhərinin Müstəqillik Sarayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti işə başlayıb.

Bizim.Media “BELTA” agentliyinə istinadən xəbər verir ki, Mərasim zalında Belarus Prezidenti Aleksandr Lukaşenko sammitə gələn ölkələrin liderlərini qarşılayıb. Bunlar Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan prezidentləridir. Ölkə liderləri birgə fotoşəkil çəkdirdikdən sonra Aleksandr Lukaşenkonun sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

Minskdəki sammitə yalnız Ermənistanın baş naziri Nikol Paşinyan gəlməyib. Bu, Ermənistan liderinin inteqrasiya tədbirlərində iştirakdan imtina etdiyi ilk hal deyil. Belə ki, bu ilin oktyabrında da o, MDB-nin Bişkek sammitini boykot etmişdi.
Məhdud tərkibli görüşdə dövlət başçılarının beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini müzakirə edəcəyi, KTMT-nin sessiyalararası dövrdə fəaliyyətinin yekunlarına yekun vuracağı planlaşdırılır. Prezidentlər KTMT baş katibinin məlumatını dinləyəcək, fikir mübadiləsi aparacaqlar.

Plenar iclasda ölkəsinin KTMT-yə sədrliyi dövründə prioritet fəaliyyət istiqamətləri barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı planlaşdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO