Paşinyanın deputatı Rusiyaya qarşı OD PÜSKÜRDÜ:

Paşinyanın deputatı Rusiyaya qarşı OD PÜSKÜRDÜ: "Pulumuzu da qaytarmırlar"

Hazırda oxunan: Paşinyanın deputatı Rusiyaya qarşı OD PÜSKÜRDÜ: "Pulumuzu da qaytarmırlar"

165743

“Biz KTMT-nin üzvüyük, lakin Rusiyanın başçılıq etdiyi KTMT bizə heç bir silah vermir. Baxmayaraq ki, hər şeyi əvvəlcədən ödəmişik. İndi pulumuzu da qaytarmırlar”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan deyib.

“Bizim silahları yalnız Rusiyadan almağımız barədə biabırçı bir razılaşmamız var idi. Rusiya isə bizə köhnə silahlar, köhnə texnika verdi. 2002-2004-cü illərdə mən xidmətdə olanda texnika götürmüşdük. Təmir üçün pul verdik və həmin texnikaları gətirdik. Son illərdə isə ümumiyyətlə heç nə vermədilər. Serj Sarkisyanın vaxtında bizə "İsgəndər" verdilər, sevindik. Sonra anladıq ki, "İsgəndərlər" də "İsgəndər" deyil. Bunlar adi mərmilər idi.

Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır, artıq tapılıb. Silahla bağlı bir çox ölkələrlə müqavilələrimiz var. Bu isə onların (Rusiyanı nəzərdə tutur) xoşuna gəlmir, daim Qərbi tənqid edirlər”, - deyə deputat bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO