"Ölkəmizin siyasəti illüziyalar üzərində qurulub" - Erməni politoloq

Hazırda oxunan: "Ölkəmizin siyasəti illüziyalar üzərində qurulub" - Erməni politoloq

165742

“Aİ ölkələrində ictimai rəydə transformasiya hökm sürür. Bu da bir tərəfdən Avropanın siyasi birliyinə təhlükə yaradır, digər tərəfdən Avropa xalqının Ukrayna müharibəsindən yorulduğunu göstərir”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazıb.

“Niderlandda keçirilən parlament seçkilərinin lideri 35% səslə ifrat sağçı Azadlıq Partiyasıdır.

Onun lideri Vilders bir neçə ay əvvəl parlamentdə Zelenskinin çıxışını boykot etməsi ilə məşhurdur.
Vildersin kabineti formalaşdırmağa nail olub-olmamasının fərqi yoxdur. Daha önəmlisi Avropa cəmiyyətlərinin əhval-ruhiyyəsinin dəyişməsidir. 

Bu hal Ermənistan hakimiyyəti üçün də çox xarakterikdir. Çünki hazırkı İrəvanın xarici siyasəti yalnız illüziyalara və birtərəfli istəklərə söykənir", deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO