Mirzoyan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

Mirzoyan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

Hazırda oxunan: Mirzoyan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

165504

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belarusda keçiriləcək KTMT sammitində iştirak etməyəcək. 

Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, bu gün Mirzoyanla belaruslu həmkarı Sergey Aleynik arasında telefon danışığı olub.  

Söhbət zamanı Mirzoyan noyabrın 22-də Minskdə keçiriləcək Xarici İşlər, Müdafiə Nazirlikləri və KTMT Təhlükəsizlik Şurası katibləri şuralarının birgə iclasında iştirak edə bilməyəcəyini vurğulayıb. 
Qeyd edək ki, noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO