Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

Hazırda oxunan: Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

165452

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak yerli “Analitika UA” nəşrinə müsahibəsində Ermənistanın düz yolda olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan, ətrafında yaranmış çətinliklərin öhdəsindən gələcək:

“Ermənistan siyasətçiləri dialoq aparmalıdır. Ermənistan düz yoldadır. Ermənistanın mövqeyində aydın şəkildə görünən strategiya- Baltik-Qara dəniz ölkələri, Böyük Britaniya, ABŞ və tarixən yaxşı olan Fransa ilə intensiv dialoqdur”.

Mixail Podolyakın Ermənistana dəstək bəyanatının arxasında kimlər dayanır?

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ukraynanın bəzi rəsmilərinin Ermənistan “sevgisi”nin arxasında Qərbin tələbləri, istəyi dayanır:
 

MÖVZU İLƏ BAĞLI:

Sonuncu ölən ÜMİDLƏRDİR... – “Rusiya Ermənistanı geri qazanmaq istəyir”


“Ukraynanın Azərbaycana böyük sevgisi var. Amma bununla belə Ukrayna elitası arasında Ermənistana etimad göstərən qruplar da var. Bəzi hallarda onlar açıq-aşkar şəkildə Azərbaycanın maraqlarına zidd mövqe tutaraq, erməniləri dəstəkləyirlər.

Eyni zamanda, Ermənistana gəldikdə, görürük ki, İrəvanın guya düz yolda olduğunu bəyan edirlər. Görünür bunun belə olmasında xristian amili mühüm rol oynayıb. Kiyevin belə yanaşma tərzi sərgiləməsində Qərbin rolu da danılmazdır. Qərb hazırda anti-Azərbaycan cəbhəsi formalaşdırır. Azərbaycan Prezidenti də nahaq yerə deməyib ki, Amerika da ölkəmizə münasibətdə Fransanın yolunu tutur”.  

Politoloq düşünür ki, belə vəziyyətdə Azərbaycan Kiyevə münasibətində korrektlər etməlidir:  

“Bu amilləri nəzərdən qaçırmamalı, diqqətdə saxlamalıyıq. Belə olan halda Azərbaycan da Kiyevlə münasibətlərinə korrektlər etməlidir. Hər halda bu barədə danışan, Ermənistanı tərifləyən Prezident Ofisinin nümayəndəsi rəsmi adam olmasa da, ancaq rəsmi dairənin adından danışaraq, onun mövqeyini əks etdirir. Buna göz yummaq olmaz. Belə vəziyətdə sözsüz ki, Ermənistanı da Ukraynanın aqibəti gözləyir. Görünür, Qərb öz hərəkətlərilə elə buna çalışır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO