“Paşinyan ağlını kirayəyə götürüb, ABŞ və Fransanın oyuncağına çevrilib” – ŞƏRH 

“Paşinyan ağlını kirayəyə götürüb, ABŞ və Fransanın oyuncağına çevrilib” – ŞƏRH 

Hazırda oxunan: “Paşinyan ağlını kirayəyə götürüb, ABŞ və Fransanın oyuncağına çevrilib” – ŞƏRH 

165438

“Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib. Ermənistan hökuməti qisas haqqında düşünür. Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, nəticə eyni olacaq”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında bildirib.

Görəsən, Azərbaycan və Ermənistan arasında hadisələr yenidən alovlana bilərmi? 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Ermənistan təxribat variantlarına əl ata bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın məkrli Rusiya PLANI: “Ermənistanı aldadıb...”


“Biz dəfələrlə şahid olmuşuq ki, Ermənistan və onun himayəçiləri, xüsusilə, Fransa bu ölkənin ətrafında “informasiya köpüyü” yaradır. Bu köpüyün əsasında Ermənistanın Azərbaycan ərazisinə hərbi güclə daxil olmaq ittihamı durur. Azərbaycan tərəfi isə bunu inkar edir, son 2 ayda sərhəddə nisbi sakitliyi nümayiş etdirərək, bildirib ki, hər hansısa bir ciddi insident baş verməyib. 

Sözügedən “informasiya köpüyü”nü doldurmaq və yeni nəfəs vermək üçün Ermənistan sərhəddə təxribatlar törədə bilər. Məqsəd Ermənistanın “problemləri”ni yenidən dünya mediasına çıxarmaqdır. Son bir neçə həftədir ki, Qərbdə “Ermənistana dəstək” mövzusu gündəlikdən çıxıb. Belə olan halda Ermənistan rəhbərliyi təxribatlar variantına əl ata bilər. Ölkə Prezidenti İlham Əliyev Ermənistan tərəfinə xəbərdarlıq etdi ki, belə təxribatlara getməsinlər”.

“Ermənistan birinci zərbədən o biri dünyalıq olacaq”

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Ermənistanın Azərbaycana qarşı qisas düşünməsi özünün dünya çempionu ilə rinqə çıxmağına bərabərdir: 

“Yəni Ermənistan birinci zərbədən o biri dünyalıq olacaq. Bu ölkə təbii ki, marionet dövlətdir. Ermənistanın özünün sərbəst siyasəti və iradəsi yoxdur. Hətta belə deyərdim, Paşinyan ağlını kirayəyə götürüb. Bu, çox qorxulu bir şeydir. Dövlət başçısı icarə ilə işləməməlidir, milli maraqlara uyğun hərəkət etməlidir”.

Politoloq əlavə edib ki, Ermənistan ABŞ və Fransa kimi qeyri-adekvat siyasət yürüdən dövlətlərin əlində oyuncağa çevrilib:

“Biz sülh sazişinə hazırıq və heç kimin torpağında gözümüz yoxdur. Ancaq bizim hüquqlarımıza hörmət etməyən cavabını alacaq”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO