Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” - VİDEO 

Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” - VİDEO 

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” - VİDEO 

165329

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi hüquq elmləri doktoru, professor Əmir Əliyev olub.  

O, doğulub boya-başa çatdığı Zəngəzur mahalı, Mehri rayonu, Nüvədi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, qədim tarixə malik olan Nüvədi kəndinin spesifik xüsusiyyətləri olub. O, 1988-1991-ci illərdə Nüvədi sakinlərinin çox böyük dəyanət göstərdiyini, erməni millətçilərinə qarşı sonadək mübarizə apardığını diqqətə çatdırıb. Vurğulayıb ki, Nüvədi Qərbi Azərbaycanın ən son tərk edilən yaşayış məntəqəsi olub.  

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququndan söhbət açan professor Ə.Əliyev deyib ki, soydaşlarımızın bu hüququnu heç kim, yaxud hansısa dövlət məhdudlaşdıra bilməz.
Hüquqşünas Ermənistan dövlətinin azərbaycanlıların deportasiyasını, məcburi qovulmalarını “könüllü köç” kimi qələmə verməsini xatırladaraq, rəsmi İrəvanın bu iddiasının tamamilə əsassız olduğunu konkret faktlarla, beynəlxalq sənədlərə, hüquqa istinad etməklə ortaya qoyub. Qeyd edib ki, ötən əsrin 1905-1907, 1918-ci illərində erməni-daşnak birləşmələrinin, 1948-1953, 1988-ci illərdə isə Ermənistan dövlətinin Qərbi Azərbaycan türklərini deportasiyaya məruz qoyması, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsi soyqırımına səbəb olub.  

Professor Ə.Əliyev Ermənistanın formalaşmış adət normalarına qarşı çıxaraq beynəlxalq hüquq pozuntusu törətməsindən, mədəni irsimizə vurduğu ziyandan, bunun həcmini hesablamağın qeyri-mümkünlüyündən də söhbət açıb.

Bildirib ki, beynəlxalq aləm, xüsusən də BMT Qərbi Azərbaycan türklərinin hüquqlarının təmin edilməsinə dəstək olmalıdır. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə soydaşlarımızın pozulmuş hüquqları barədə beynəlxalq hesabat hazırlanır. O sonda vurğulayıb ki, tarixi torpaqlarımıza qayıtmaq hər bir Qərbi azərbaycanlının haqqıdır. 

 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO