“Hazırda Cənubi Qafqazda iki tam hüquqlu nəqliyyat dəhlizi var. Azərbaycan – Gürcüstan – Türkiyə (neft kəməri, qaz kəməri və dəmir yolu) və Rusiya – Azərbaycan – İran (dəniz bərələri, dəmir yolları, qaz kəmərləri sistemi). Başqa sözlə, Azərbaycan regionda logistika qovşağı deyilən yerdir. Bundan əlavə, Azərbaycan Rusiya və Türkiyə arasında daha bir böyük logistika qovşağı yaratmaq üçün Ermənistan ərazisi ilə Naxçıvan çıxış əldə etməyə çalışır".
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Lurer” saytında dərc olunan analitik məqalədə deyilir.
"Başqa sözlə, “Naxçıvan qovşağı” Bakının gündəmindədir. Əgər Azərbaycandan İrana, oradan da Naxçıvana dəmir yolu varsa, bu, birbaşa Türkiyənin irəli sürdüyü Naxçıvan-Qars layihəsi ilə əlaqələndirilə bilər.
Nəhayət, Rusiyanın Azərbaycandan keçməklə İranla dəmir yolu əlaqəsi var və bu halda “erməni qovşağı” adlanan yer onlar üçün heç bir iqtisadi maraq doğurmur.
Bu layihə o zaman Rusiya üçün faydalı ola bilər ki, bütün infrastruktur onun nəzarətində olsun. Lakin bu, praktiki olaraq mümkün deyil. Çünki məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
Üstəlik, Nikol Paşinyan hökumətinin layihəsini təqdim edərək, dövlətlərin suveren ərazilərindən keçən infrastrukturların üçüncü dövlətlər tərəfindən idarə oluna bilməyəcəyini bir neçə dəfə təkrarlamaqdan çəkinməyib. Paşinyanın “üçüncü ölkə” deyəndə kimi nəzərdə tutduğu aydındır.
Regionun digər oyunçusuna - Gürcüstana gəlincə, Paşinyanın irəli sürdüyü layihə Tbilisi üçün də sərfəli deyil, çünki bu, reallaşarsa, Gürcüstan regionda tranzit ölkə statusunu itirəcək. Və bu baxımdan, Paşinyanın təqdim etdiyi layihənin reallaşma şansı sıfıra yaxındır, çünki bu, potensial iştirakçı ölkələrin maraqlarına uyğun gəlmir", deyə məqalədə bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Region
18:00 / 20.11.2023
Erməni mediası: Paşinyanın “yol qovşağı” heç kimi maraqlandırmır
Hazırda oxunan: Erməni mediası: Paşinyanın “yol qovşağı” heç kimi maraqlandırmır
Hazırda oxunan: Erməni mediası: Paşinyanın “yol qovşağı” heç kimi maraqlandırmır
165277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.