Paşinyanın Türkiyə XƏYALLARI: “Diplomatik nailiyyətlərimiz yoxdur, amma…”

Paşinyanın Türkiyə XƏYALLARI: “Diplomatik nailiyyətlərimiz yoxdur, amma…”

Hazırda oxunan: Paşinyanın Türkiyə XƏYALLARI: “Diplomatik nailiyyətlərimiz yoxdur, amma…”

164978

“Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması vacibdir”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT PA-nın iclasında çıxış edərkən deyib. 

O Ankara ilə İrəvanın aktiv dialoq aparması ilə də öyünüb:

“Diplomatik münasibətlərin qurulması baxımından heç bir nailiyyətimiz olmasa da, indiyədək heç vaxt bu qədər fəal şəkildə dialoq aparmamışdıq. Amma Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması Cənubi Qafqazda dinc, inkişaf edən mühitin strateji baxışı üçün ən vacib amildir”. 

Paşinyan həmçinin qeyd edib ki, İrəvan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Türkiyə ilə sərhədi açmağa ümid edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO