Rusiya daha da zəifləsə, KTMT-dən çıxacağıq - Erməni analitik

Rusiya daha da zəifləsə, KTMT-dən çıxacağıq - Erməni analitik

Hazırda oxunan: Rusiya daha da zəifləsə, KTMT-dən çıxacağıq - Erməni analitik

164761

"KTMT Ermənistanın maraqlarını qoruya bilmədi, çünki qorumaq iqtidarında deyildi. Lakin bu təşkilatı Rusiya yaratdığından ona qarşı hər hansı bəyanat Moskva əleyhinə bəyanatdır".

Bizim.Media xəbər verir ki, bunu noyabrın 16-da jurnalistlərlə görüşündə erməni politoloq Arqişti Kiviryan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti “gözləmə rejimində”dir, ona görə də sərt bəyanatlar fonunda təşkilatı tərk etmək istəmədiklərindən danışırlar.
Ekspert hesab edir ki, Rusiya daha da zəifləsə, o zaman İrəvan KTMT və AİB-dən çıxdığını elan edəcək, əksinə olarsa, Paşinyan bu təşkilatlara qayıtdığını bildirəcək.

Kiviryanın fikrincə, fransız silahlarının çatdırılması çətin ki, əsas rol oynasın:

"Bu, yalnız nümayiş xarakteri daşıyır".

“Qərb çox yaxşı başa düşür ki, erməni xalqı öz siyasəti nəticəsində Qarabağı itirib. Ona görə də bizə qarşı nə qədər mehriban olduqlarını və Ermənistanın təhlükəsizliyi haqqında düşündüklərini göstərməyə çalışırlar. Eyni zamanda, Fransanın təmsil olunduğu Qərb Rusiya getdikdən sonra da bu bölgəyə gəlməyəcək, çünki Türkiyə və İran burada qalacaq. Afrikanı tərk etmək fonunda Paris çalışır ki, onunla  Rusiya,  Türkiyə və Azərbaycan sövdələşməyə getsin”, - Kiviryan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO