Ermənistanın “o olmasın, bu olsun” ŞOUSU – İrəvan Rusiyadan, yoxsa sülhdən QAÇIR?

Ermənistanın “o olmasın, bu olsun” ŞOUSU – İrəvan Rusiyadan, yoxsa sülhdən QAÇIR?

Hazırda oxunan: Ermənistanın “o olmasın, bu olsun” ŞOUSU – İrəvan Rusiyadan, yoxsa sülhdən QAÇIR?

164493

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən açıqlama verib ki, sülh müqaviləsi Vaşinqton, ya da Brüsseldə imzalanacaq.

Bəs, Rusiyanın vasitəçiliyi?

O, bunu Ermənistanın yerli mətbuata müsahibəsində “rəsmi İrəvan Azərbaycanla danışıqları davam etdirməkdə maraqlıdırsa, niyə Moskvaya getmirsiz?” sualına cavab verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ararat Mirzoyanın Britaniyadan qeyri-müəyyən ümidləri - YANLIŞ YERƏ GEDİB


O, qeyd edib ki, Ermənistan artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istəyir.

“Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan buna hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”, - o bildirib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl də Qriqoryan Ermənistanın Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazır olduğunu bildirmişdi. 

Beləliklə, Ermənistan rəsmisinin açıqlaması onu göstərir ki, İrəvan sülh sazişinin yalnız Qərbdə imzalanmasında maraqlıdır. Deməli, bununla Ermənistan Moskva variantını qəbul etmədiyini ortaya qoyur.

“Ermənistanın ağlı olsa...”

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Qriqoryanın bu açıqlaması İrəvanın Rusiya ilə münasibətləri minimuma endirmək niyyətindən qaynaqlanır: 

“Paşinyan KTMT-nin yüksək səviyyəli iclasına getmir. Bu kimi açıqlama və hərəkətlərlə erməni rəsmiləri əslində guya özlərinin Qərbə prinsipiallığını nümayiş etdirirlər. Paşinyan Moskvaya arxa çevirməyə çalışır ki, bu da çox təhlükəli oyundur. Qərb İrəvanı aldadır, ona NATO-ya qəbul oluna biləcəyilə bağlı yalan vədlər verirlər. Halbuki, NATO-ya belə problemli ölkə lazım deyil. Burada sadəcə siyasi oyun gedir”. 

Həmsöhbətimiz qeyd edir ki, Qərb Ermənistan vasitəsilə bölgədə pozucu işlər görür:

“Onun qurbanı isə Ermənistandır. İrəvan hər deyilən sözə inanır, hər deyilən fitvaya uyur. Qərb yenidən Cənubi Qafqazı “qaynatmağa” çalışır. Amma hamıya bəllidir ki, regionun açarı Azərbaycandadır. Bakı preventiv tədbirlər görür ki, regionda mövcud situasiya dəyişməsin. Azərbaycanın planları barışığın əldə edilməsilə bağlıdır. İrəvanın ağlı olsa, Azərbaycan və Türkiyə ilə barışar”. 

Politoloq deyir ki, sülh sazişinin harada imzalanacağı İrəvandan deyil, Azərbaycanda asılıdır:

“Sülh sazişi üzrə Brüssel və Vaşinqton variantları o qədər də real görünmür. Sazişin imzalanması üçün şərait yetişməlidir. Ortada isə hələ heç nə yoxdur. Qarşı tərəfin başı isə söz oyununa qarışıb. Azərbaycan üçün sülh müqaviləsinin harada imzalanmasının fərqi yoxdur. Bakıya hansı variant lazım olacaqsa, ondan da istifadə edəcək. Çünki burada söz sahibi Azərbaycandır. Ona görə də sülh sazişinin harda imzalanacağı Azərbaycandan asılıdır. Bunu Ermənistan həll etməyəcək”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO