"İnanıram ki, Ermənistan olmayacaq" - Rusiyalı politoloq

Hazırda oxunan: "İnanıram ki, Ermənistan olmayacaq" - Rusiyalı politoloq

164472

“Mənim nöqteyi-nəzərimdən Ermənistanın KTMT-dən çıxması qaçılmazdır, çünki o, artıq heç bir rol oynamır. Bu o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti, politoloq Yevgeni Satanovski Ermənistan mətbuatı ilə söhbətində deyib.

“Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitib. Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim.

Dünyada KTMT-nin üzvü olmayan çoxlu ölkələr var və onları Rusiya ilə heç nə birləşdirmir, məsələn, müdafiə məsələlərində. Bu, Türkiyəyə də aiddir. Bizim Türkiyədə hərbi bazalarımız varmı? Əlbəttə yoxdur.

Bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin işidir. Sonra isə erməni xalqına sual veriləcək.

Paşinyan ona görə hakimiyyətə gəldi ki, Rusiyanın Ermənistandakı varlığını çıxarsın, Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları eyni adamlar və eyni məqsədlər üçün hakimiyyətə gətirdilər”, Satanovski qeyd edib.

Onun sözlərinə görə, Ermənistan türk vilayətinə çevrilə bilər.

“Mən Ərdoğanı tanıyıram, nə dediyini mükəmməl başa düşürəm, nə etdiyini görürəm. Bunu necə görməyəsən, başa düşməyəsən.

İnanıram ki, Ermənistan olmayacaq. Bəs Zəngəzurdan (Ermənilər Sünik adlandırır) keçən dəhliz nəyin bahasına açılacaq. Paşinyanın Fransada və ya ABŞ-da hardasa şəxsi hesabında bir-iki milyard dollar olacaq. Və yaxud başqa nəyinsə hesabına. Bu, məlum deyil”, - Satanovski əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO