Aİ də Fransanın YOLUNU GEDİR – Qərbin erməni təəssübkeşliyi İrəvanı FƏLAKƏTƏ SÜRÜKLƏYİR

Aİ də Fransanın YOLUNU GEDİR – Qərbin erməni təəssübkeşliyi İrəvanı FƏLAKƏTƏ SÜRÜKLƏYİR

Hazırda oxunan: Aİ də Fransanın YOLUNU GEDİR – Qərbin erməni təəssübkeşliyi İrəvanı FƏLAKƏTƏ SÜRÜKLƏYİR

164346

Aİ Ermənistandakı monitorinq missiyasının üzvlərinin sayını artırmaqla yanaşı bu ölkəyə hərbi yardım ayırmaq niyyətini də elan edib. 

Bu barədə məlumat verən Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrel bəyan edib ki, Ermənistana Avropa Sülh Fondundan yardım etmək, həmçinin ölkə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanları araşdırılır:
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR


“Aİ Azərbaycana qəti şəkildə xəbərdarlıq edib ki, hər hansı bir formada Ermənistanın ərazi bütövlüyü və suverenliyinin pozulması yolverilməzdir. Bu ağır nəticələrə gətirib çıxaracaq. Biz daxildən və xaricdən Ermənistanda destabilizasiya yaratmaq cəhdlərinə qarşı ayıq olmalıyıq.  

Biz Azərbaycana açıq siqnal vermişik: Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması yolverilməz olmaqla yanaşı, münasibətlərimizdə ağır nəticələrə gətirib çıxaracaq”. 

Aİ Ermənistandakı monitorinq missiyasının üzvlərinin sayını artırmaqla yanaşı bu ölkəyə hərbi yardım ayırmaq niyyətində israrlıdır.

Ermənistanı hansı aqibət gözləyir?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Avropa İttifaqı bu məsələdə Fransanın təzyiqindən yararlanır: 

“Onun nəticəsidir ki, son zamanlar Aİ qurumları Fransanın mövqeyinə bənzər bəyanatlar verirlər. İndiki mərhələdə onların məqsədi Rusiyanı Ermənistandan çıxarmaqdan ibarətdir. Ermənistana vəd etdikləri təhlükəsizlik təminatları da məhz Rusiyanın Ermənistandan çıxarılmasına hesablanıb. Avropa Sülh Fondu vasitəsilə Ukraynaya da yardımlar edilib. O baxımdan aydındır ki, burada əsas məqsəd heç də Azərbaycan deyil, Rusiyanın Ermənistandakı imkanlarını azaltmaqdır”. 

Avropa anlayır ki...

Sabiq baş diplomat Aİ-nin Ermənistan ordusunu tam şəkildə dəyişdirməyə, islahatlar aparmaqla onu müəyyən bir səviyyəyə çıxarmağa hazır olduğuna inanmır:

“Çünki bu məsələ həddən artıq vəsait tələb edir. İstənilən halda, İrəvan və onun Avropadakı havadarları yaxşı anlayırlar ki, Azərbaycan bütün hallarda Ermənsitandan qat-qat güclüdür. Eyni zamanda, Bakı Türkiyə ilə müttəfiqlik münasibətlərindədir. Avropada da anlayırlar ki, İrəvan Türkiyə-Azərbaycan müttəfiqliyini üstələyə bilməyəcək. Ona görə də bu sayaq bəyanatlar daha çox təbliğat məqsədi daşıyır”. 

T. Zülfüqarov qeyd edir ki, Ermənistan mövcud siyasəti davam etdirməklə gələcək perspektivdə böyük problemlərlə qarşılaşacaq:

“Ermənistanla Rusiya arasında böhran vəziyyət davam edəcək. Bu mənada Aİ-nin İrəvana Avropa Sülh Fondundan yardım etməsi Ermənistana yaxşı heç nə vəd etmir. 

Ermənistanın problemi ondan ibarətdir ki, o öz potensialına istinad edən siyasət yürütmür. Əvvəllər Rusiyanın imkanlarından istifadə edib, Azərbaycana qarşı hərbi təcavüzə yol verib. İndi isə guya Rusiyanı Qərblə əvəzləməklə köhnə siyasətlərini davam etdirmək fikrindədirlər. O baxımdan əminəm ki, Ermənistan bu siyasəti davam etdirsə, gələcək perspektivdə daha böyük problemlərlə üz-üzə qalacaq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO