Ermənistanın növbəti demarşı - Paşinyan KTMT-nin sammitinə getməyəcək

Ermənistanın növbəti demarşı - Paşinyan KTMT-nin sammitinə getməyəcək

Hazırda oxunan: Ermənistanın növbəti demarşı - Paşinyan KTMT-nin sammitinə getməyəcək

164303

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı bildirib.

“Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcəyini bildirib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini qeyd edib”. Ermənistan KİV-i baş nazirin mətbuat katibi Nazeli Bağdasaryandan sitat gətirib.
Bundan əvvəl Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində də iştirak etməyiblər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB həmkarları ilə görüşdə iştirakdan imtina edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO