ATƏT Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin üzvləri noyabrın 13-də ölkəmizdə səfərdə olan ATƏT PA-nın prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA sədrinin regiona səfərindən danışıb.
O, bu səfərin daha düzgün informasiya almaq baxımından əhəmiyyətini qeyd edib və əməkdaşlığa müsbət töhfə verəcəyinə inandığını deyib. Azay Quliyev qonaqların keçirdikləri görüşlərdə faydalı müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. O, ATƏT PA prezidentinin regionda sülhə dair səylərinin yüksək qiymətləndirildiyini söyləyib.
ATƏT PA-nın prezidenti Pia Kauman sonuncu dəfə Bakıda 9 il əvvəl olduğunu diqqətə çatdırıb və ölkəmizdəki inkişafı təqdir edib. O, Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, onun gələcək barədə optimist və pozitiv olmasından məmnunluqla danışıb. Qonaq Cənubi Qafqaz ölkələrinin regionda sülhə nail olacaqlarına və birgə güclü iqtisadi əlaqələr yaradacaqlarına inamını bildirib.
Söhbət zamanı Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə mina probleminin həlli, Cənubi Qafqazda regional əməkdaşlıq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Ermənistan və Azərbaycan arasında normallaşma prosesində ATƏT PA-nın rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
06:18 / 14.11.2023
Ermənistan və Azərbaycan arasında normallaşma prosesində ATƏT PA-nın rolu MÜZAKİRƏ EDİLİB
Hazırda oxunan: Ermənistan və Azərbaycan arasında normallaşma prosesində ATƏT PA-nın rolu MÜZAKİRƏ EDİLİB
Hazırda oxunan: Ermənistan və Azərbaycan arasında normallaşma prosesində ATƏT PA-nın rolu MÜZAKİRƏ EDİLİB
164251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.