Brüsseldə Ermənistan qarşısında KTMT, AİB və MDB-dən çıxmaq şərti QOYULDU

Brüsseldə Ermənistan qarşısında KTMT, AİB və MDB-dən çıxmaq şərti QOYULDU

Hazırda oxunan: Brüsseldə Ermənistan qarşısında KTMT, AİB və MDB-dən çıxmaq şərti QOYULDU

164197

Noyabrın 9-10-da Brüsseldə “Ermənistanın strateji gələcəyi: Ermənistan-Avropa” forumunda bəyannamə qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb. 

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da iştirak etdiyi forumda rəsmi İrəvanın Avropaya inteqrasiyası strateji perspektiv kimi bəyan edilib. 

“Biz Ermənistanın Avropa İttifaqına tam inteqrasiyasını, aparıcı innovativ texnologiyaların inkişafını, biznes mədəniyyətini, təcrübə və bacarıqların mübadiləsini, erməni istehsalçılarının Avropa bazarlarına çıxışını və Avropanın Ermənistana sərmayə qoyuluşunun genişləndirilməsini dəstəkləyəcəyik", mətndə deyilir.
Sənəddə, həmçinin Ermənistan hakimiyyətinin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), AİB (Avrasiya İqtisadi Birliyi), MDB-dən (Müstəqil Dövlətlər Birliyi) çıxması və Rusiya ilə münasibətləri müstəsna olaraq ikitərəfli formatda davam etdirməsi tələbi yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO