Ermənilər Rusiyadan daha çox Fransadan hərbi yardım gözləyirlər – SORĞU  

Ermənilər Rusiyadan daha çox Fransadan hərbi yardım gözləyirlər – SORĞU  

Hazırda oxunan: Ermənilər Rusiyadan daha çox Fransadan hərbi yardım gözləyirlər – SORĞU  

163777

Hərbi-siyasi dəstəyin göstərilməsi baxımından Ermənistan cəmiyyəti Rusiyadan daha çox Fransadan mədət umur. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına “GALLUP” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan noyabrın 1-dən noyabrın 4-dək keçirilən sosial sorğunun nəticələrini təqdim edərkən bildirib.  

Sorğuda 1100 Ermənistan vətəndaşı iştirak edib. 

Navasardyanın sözlərinə görə, respondentlərin 41,1%-i Fransanın lehinə olub. Sorğu iştirakçılarının 14,4%-i isə Rusiyadan hərbi-siyasi yardım gözləyir, halbuki bu ilin yanvarında sözügedən rəqəm 30% təşkil edib.  

Təşkilat rəhbəri bunu son vaxtlar Ermənistan-Fransa hərbi əməkdaşlığının fəallaşması ilə əlaqələndirib. 

Respondentlərin daha 18,7%-i İranı əsas dəstək mənbəyi hesab edir, bu göstərici də 2023-cü ilin yanvar ayı ilə müqayisədə azalıb. Belə ki, həmin vaxt sorğu iştirakçılarının 40,1%-i İrandan hərbi yardım gözlədiklərini ifadə ediblər. ABŞ-dan hərbi-siyasi yardım alma ehtimalını sorğu iştirakçılarının 23%-i, Hindistandan 21,3%-i, Çindən isə 1,8%-i yüksək hesab edir. 
İrəvanın xarici siyasət vektoruna gəlincə, respondentlərin 40%-i Ermənistanın bütün güc mərkəzləri ilə balanslaşdırılmış kurs tutmalı olduğunu, 17%-i Avropa İttifaqı ilə yaxınlaşmanı, 14%-i rusiyayönlü vektoru, 13%-i Birləşmiş Millətlər Təşkilatı ilə yaxınlaşmanı müdafiə edib. Digər 4,8% isə İranı əsas xarici siyasət tərəfdaşı hesab edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO