Paşinyanın bloku böyük fərqlə liderdir – “Gallup” sorğu keçirdi

Paşinyanın bloku böyük fərqlə liderdir – “Gallup” sorğu keçirdi

Hazırda oxunan: Paşinyanın bloku böyük fərqlə liderdir – “Gallup” sorğu keçirdi

16372

Nikol Paşinyanın “Mənim addımım” bloku hazırda populyarlığına görə Ermənistandakı digər siyasi qüvvələri qabaqlayır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, bunu “Gallup International Аssociation” təşkilatının 26-29 mart tarixləri arasında aparılan telefon sorğusunun məlumatları sübut edir. 

Sorğuda 801 respondent iştirak edib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın istefa verəcəyi tarix açıqlandı


Tədqiqatın nəticələri çərşənbə günü keçirilən mətbuat konfransında təşkilatın Ermənistandakı nümayəndəliyinin direktoru Aram Navasardyan tərəfindən təqdim edilib.

Ən çox səs toplayan Ermənistan Ombudsmanı Arman Tatoyan olub: 3.7 bal. 

Baş nazir Nikol Paşinyan 2.7 bal əldə edib. Prezident Armen Sarkisyan 2.4, keçmiş prezident Robert Köçəryan və "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qagik Çarukyan 2.1 bal qazanıblar.

"Maariflənmiş Ermənistan"ın rəhbəri Edmond Marukyanın 1.9 xalı var. 

Üçüncü prezident Serj Sarkisyan 1.6, “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan 1.5, “Vətəni xilası” hərəkatının lideri Vazgen Manukyan 1.5 bal toplayıb.

“Vətən” partiyasının rəhbəri Artur Vanetsyan 1.4 xalla siyahını bağlayır.

Respondentlərin 35.5% -i hakimiyyət orqanlarının ədalətli və şəffaf seçkilər keçirəcəyinə əmindir. Digər 9% isə "bəli" cavabını yazıblar. Digər 13.4% əksinə seçkinin şəffaf keçirilməyəcəyini bildiriblər.

12.5% cavab verməkdə çətinlik çəkib.

41.2% -i seçkilərdə iştirak etmək niyyətindədir. Digər 10.7% insanların da iştirak etmək ehtimalı var. Təxminən 15%-in iştirak etmək ehtimalı azdır, digər 15.9%  isə qarşıdakı seçkiləri qətiyyətlə boykot edir.

"Gələn bazar günü seçkilər keçirilsə, kimə səs verərdiniz" sualına 31.7% səslə "Mənim addımım" blokunun adını çəkiblər.

5.9% Robert Köçəryanı, 4.4% “Çiçəklənən Ermənistan"ı, 2.4% "Maariflənmiş Ermənistan"ı, 2.1% "Daşnaktsütyun"u, 1% "Vətənin xilası” hərəkatını dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO