Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq

Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq

Hazırda oxunan: Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq

163483

Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün sistem alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Eurasian Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Hindistandan yerli istehsal olan “Zen” PUA əleyhinə sistemin alınması ilə bağlı dəyəri 41,5 milyon dollar olan müqavilə imzalayıb.

Müqaviləyə sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.

Qeyd olunub ki, haqqında sözügedən sistem PUA-ları aşkarlayır, onların növünü müəyyən edir, kəşfiyyatı həyata keçirir və aparatların rabitə sistemini pozaraq təhlükəni aradan qaldırır.

Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla “Pinaka” raket sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO