Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Anladıq ki, yeganə həll yolu müharibədir

Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Anladıq ki, yeganə həll yolu müharibədir

Hazırda oxunan: Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Anladıq ki, yeganə həll yolu müharibədir

16300

ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin diplomatik səviyyədə həllində uğursuzluqdan danışarkən hələ o zamanlar yeganə həll yolunun müharibə olduğunu anladıqlarını etiraf edib.

Bizim.Media xəbər verir ki, Hoqland bu barədə “The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

“Human Rights Watch”, Avropa Şurası və ATƏT-in erməni dərdi – Və ya Azərbaycanın YENİ REALLIQLARI... 


Amerikalı nümayəndənin sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl Minsk Qrupunun həmsədrləri hər altı həftədə bir bölgə ətrafında müntəzəm səfərlər ediblər, səfir Anjey Kasprşiklə birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşüblər, “DQR”-in “rəsmiləri” ilə görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanıblar.

Onun sözlərinə görə, həmin səfərlər zamanı “beş ulduz”lu hotellərdə qalıblar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşayıblar, ən yaxşı restoranlarda yemək yeyiblər.

“Ancaq açığı, çox, çox az şey əldə edildi”, - deyə Hoqland etiraf edib.

Həmsədr bildirib ki, bu səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə düşünmədiyini öyrənib.

“Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək, baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik”, - deyə o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO