Erməni politoloqdan Ərdoğanın Astanadakı bəyanatına REAKSİYA

Erməni politoloqdan Ərdoğanın Astanadakı bəyanatına REAKSİYA

Hazırda oxunan: Erməni politoloqdan Ərdoğanın Astanadakı bəyanatına REAKSİYA

162764

“Ərdoğan bir daha bəyan etdi ki, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini açmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazıb.

"Mən başa düşürəm ki, Paşinyanın sülh gündəliyi Ankaranın, Bakının, eləcə də Moskvanın tələblərini “yumşaltmaq” üçün növbəti cəhddir, lakin gördüyümüz kimi, hər üç ölkə şüarları deyil, konkret gündəmləri rəhbər tutur.
Bir daha təkid edirəm ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən yayınmaq olmaz, əksinə səmərəli danışıqlar aparılmalıdır. Bir tərəfdən yeni müharibə təhlükəsinin qarşısını almaq, digər tərəfdən isə daha az riskli olacaq rasional həllər tapmaq lazımdır. Ermənistanın suverenliyi naminə”, – deyə politoloq qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib ki, Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi:

"Beləliklə, sülhə bir addım da yaxınlaşdıq. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO